Ali təhsil xərcləri 2 dəfəyə qədər artırılır

Gələn il təhsil xərcləri 4 549 916 090,0 manat proqnozlaşdırılır.
MANERA.AZ xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Bu, 2023-cü illə müqayisədə 142 751 761 manat, yaxud 3,2 faiz çoxdur. 2023-cü ildə təhsil xərcləri 4 407 164 329,0 manat nəzərdə tutulub.
2023-cü illə müqayisədə ən çox artım ali təhsil xərcləri sahəsində olacaq.
Ali təhsil xərcləri 64 199 313 manat, başqa sözlə, 91 faizə, yaxud 2 dəfəyə qədər artırılaraq 70 606 841,0 manatdan 134 806 154,0 manata qaldırılır.
- Məktəbəqədər təhsil xərcləri 11,9 faiz artırılaraq 453 018 349,0 manata,
- ümumi təhsil xərcləri 13 faiz artırılaraq 2 371 983 758,0 manata,
- peşə təhsili xərcləri 20 faiz artırılaraq 77 135 017,0 manata,
- orta ixtisas təhsili xərcləri 16.6 faiz artırılaraq 101 114 397,0 manata,
- əlavə təhsil xərcləri 75 faiz artırılaraq 20 727 009,0 manata yüksəldilir.
Gələn il təhsil sahəsində tətbiqi tədqiqatlar 7 586 356,0 manat ayrılır ki, bu da 2023-cü illə müqayisədə 10,1 faiz çoxdur.
Təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılan xərclər isə azaldılır. 2024-cü ildə bu məqsədlə 1 383 545 050,0 manat ayrılması proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 279 466 574 manat, yaxud 16,8 faiz azdır.