Minimum əmək pensiyası artırılır - Rəsmi
Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır.
MANERA.AZ xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub.
Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılır.
Qanun layihəsi yanvarın 23-də parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək. Eyni zamanda fevralın 1-də Milli Məclisin yaz sessiyası çərçivəsində keçiriləcək ilk iclasının gündəliyində yer alacaq.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.