manera.az
manera.az

Mədəniyyət xərcləri azaldılır - Rəsmi

Mədəniyyət xərcləri azaldılır - Rəsmi
2023-cü il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlərlə bağlı xərclər azaldılır.

MANERA.AZ xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı xərclərin 1 milyon 100 min manat azaldılaraq, 561 milyon 709 min 598 manat olması proqnozlaşdırılır. Qanun layihəsinin əvvəlki redaksiyasında bu xərclər üçün 562 milyon 809 min 598 manat ayrılması proqnozlaşdırılırdı.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, həmin vəsaitin mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlərin keçirilməsi üçün xərclərdə azaldılması nəzərdə tutulur. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər üçün xərclər 255 milyon 202 min 103 manat olacaq. Bundan əvvəl bu istiqamətə 256 milyon 302 min 103 manat ayrılması proqnozlaşdırılırdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728