manera.az
manera.az

Azərbaycanlı şair Çuvaşıstan Yazıçılar İttifaqına üzv qəbul edildi - FOTO

Azərbaycanlı şair Çuvaşıstan Yazıçılar İttifaqına üzv qəbul edildi - FOTO
Çuvaşıstan Yazıçılar İttifaqı idarə heyətinin 08 İyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Yazıçılar Birliyi Poeziya seksiyasının rəhbəri, şair İbrahim İlyaslı ÇYİ-na üzv qəbul edilib.

MANERA.AZ xəbər verir ki, İdarə heyətinin iclasında tanınmış çuvaş yazarları V.Zaxarov, Y.Petrov və N.Krasnova çıxış edərək, İbrahim İlyaslının ümumtürk ədəbiyyatına xidmətlərindən danışmış, şairin rus dilinə çevrilmiş şeirlərindən söz açmışlar.

Çuvaşıstan Yazıçılar İttifaqının sədri Mixail Nikolayeviç Yuxma görkəmli çuvaş şairi Pedr Xuzanqayın şeirlərinin İbrahim İlyaslının uğurlu tərcüməsində AYB-nin mətbu orqanlarından olan “Ədəbiyyat qəzeti”ndə çap edildiyini diqqətə çatdırmış, bu seçimin Azərbaycan-Çuvaşıstan ədəbi əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini bildirmişdir.

Qəbuldan sonra sədr M. N. Yuxma İbrahim İlyaslıya telefon açaraq onu təbrik etmiş, yeni yaradıcılıq uğurları arzulamışdır.

ayb.az

Azərbaycanlı şair Çuvaşıstan Yazıçılar İttifaqına üzv qəbul edildi - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30