manera.az
manera.az

Prezident tanınmış şairi təltif etdi

📅 21.11.2019 07:15

Prezident tanınmış şairi təltif etdi
Prezident İlham Əliyev tanınmış şair İbrahim İlyaslını təltif edib.

Manera.az xəbər verir ki, bu barədə məlumat "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında" yayılan sərəncamda yer alıb.

Belə ki, Hacıyev İbrahim Musa oğlu “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, İbrahim İlyaslı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.

“Hamı bir körpüdən keçir”, “Mən bir söz bilirəm”, “Yuxuma söykənmiş adam” "Şair olmaq zülümdü" adlı şeirlər kitabının müəllifidir.

2019-cu ildə "Şair olmaq zülümdü" adlı şeirlər kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" mükafatına layiq görülüb.

İbrahim İlyaslı hal-hazırda Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru vəzifəsində çalışır.


Baxış sayı - 1 276 | Yüklənmə tarixi: 21.11.2019 07:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031