manera.az
manera.az

Naxçıvan Yazıçılar Birliyinə sədr seçildi

📅 15.11.2022 12:12

Naxçıvan Yazıçılar Birliyinə sədr seçildi
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilib.

MANERA.AZ xəbər verir ki, konfransda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin hesabatı dinlənilib.

Hesabat məruzəsindən sonra İdarə Heyətinin yeni tərkibi seçilib. Birliyin İdarə Heyətinin üzvləri Həsənəli Eyvazov və Qafar Qənbərov çıxış edərək Əliyev Asim Yediyar oğlunun Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri vəzifəsinə namizədliyini irəli sürüblər.

Təklif səsə qoyularaq qəbul olunub və Asim Əliyev Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri seçilib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Nəzarət-Təftiş Komissiyasının tərkibi seçilib, konfransın qərarı qəbul olunub.

Naxçıvan Yazıçılar Birliyinə sədr seçildi


Baxış sayı - 542 | Yüklənmə tarixi: 15.11.2022 12:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930