Tanınmış gənc xanəndədən möhtəşəm konsert - Foto
Mayın 29-da Heydər Əliyev Sarayında Az.TV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin solo konserti olub.
MANERA.AZ xəbər verir ki, bu, gənc ifaçının sayca 4-cü, Heydər Əliyev Sarayında isə ilk böyük solo konsertidir.
Müğənnini tarzən Məsim İslamovun rəhbərliyi ilə “Bayatı- türk” instrumental ansamblı müşayiət edib.
Konserti peşəkarlıqla idarə edən teleaparıcı Azər Süleymanlı tədbir boyu hər musiqi nömrəsinin mətninə uyğun tanınmış şair Vüqar Əhmədin şeirlərini səsləndirib.
Anşlaqla keçən konsertdə muğam, xalq, aşıq və bəstəkar mahnıları, eləcə də türk və estrada nəğmələri ifaçı tərəfindən peşəkarlıqla ifa olunub və sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, Almaxanım Əhmədli VI Muğam Müsabiqəsinin qalibi — baş mükafatçısı olmuş, "Qran Piri" mükafatı ilə təltif olunmuşdur.