manera.az
manera.az

14 yaşlı gənc yazarın yeni kitabının təqdimatı keçirilib - FOTOLAR

14 yaşlı gənc yazarın yeni kitabının təqdimatı keçirilib - FOTOLAR
İyulun 22-də Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Regional Mədəniyyət İdarəsi şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində gənc yazar Sevindik Nəsiboğlunun “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabının təqdimat mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə haqqında kitabda bəhs olunmuş İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan 30 nəfər şəhidimizin ailə üzvləri, Şəki ŞİH-in, Şəki şəhər Mərkəzi Kitabxanasının, Təhsil şöbəsinin əməkdaşları, eləcə də fəallar və gənclər iştirak ediblər.

Tədbiri Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri, şair Vaqif Aslan açaraq, şəhidlərimizə və 44 günlük Vətən müharibəsinə həsr olunan “Möhtəşəm Zəfərin nişanəsi” kitabının gənc yazar Sevindik Nəsiboğlunun sayca 5-ci kitabı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, kitabda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban verərək şəhadətə yüksələn Vətən oğullarının döyüş yollarından, qəhrəmanlıqlarından bəhs olunur.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov, Şəki Mərkəzi Kitabxanasının direktoru Kəmalə İsmayılova, kitabxananın əməkdaşı Dilbər Yaqubova, şəhid anaları İlkinbar Səmədova, Laləzar Nuhuyeva, jurnalist Çingiz Nağıyev, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Folklorşünaslıq və el sənətləri" şöbəsinin rəhbəri İradə Yusifova çıxış ediblər.

Onlar öz çıxışlarında “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitab haqqında təəssüratlarını bölüşüblər və gənc müəllifə uğurlar arzu ediblər.

Şəki şəhər MKS-ın əməkdaşı Dilbər Yaqubova gənc şairin vətənpərvərlik mövzusunda yazdığı “Azərbaycan əsgəri” və “Var ol, Azərbaycanım!” adlı şeirlərini tədbir iştirakçıları üçün səsləndirib.

Tədbirin sonunda şəhid ailələrinə və tədbir iştirakçılarına müəllifiin kitabları hədiyyə olunub.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI