manera.az
manera.az

Gənc pianoçumuz Berlində konsert verəcək

Gənc pianoçumuz Berlində konsert verəcək
Sentyabrın 12-də Berlin şəhərinin "Kulturstall auf dem Qutshof" zalında 24 yaşlı azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin konserti keçiriləcək.

Manera.az xəbər verir ki, musiqiçi Lyudviq van Bethovenin "Appassionata" 23-cü fortepiano sonatasını, Robert Şumanın karnavalını, həmçinin Frederik Şopenin üç əsərini: Noktürn, soç. 27, Ballad, soç.52 və "Andante Spianato et Grande Polonaise Brillante" kompozisiyasını ifa edəcək.

Nərmin Nəcəfli 1996-cı ildə Bakıda anadan olub və Bülbül adına musiqi məktəbində təhsil alıb. Hazırda Hannover musiqi, media və teatr Universitetində təhsilini davam etdirir. 2007-ci ildən Azərbaycan Prezidentinin gənc istedadlar üçün xüsusi təqaüdünü alır. Tamaşaçılar onu Paris, Vaşinqton, Florensiya, Moskva, Brüssel, Strasburq, London konsertlərində heyranlıqla alqışlayıblar.

Milli və beynəlxalq müsabiqələrdə çoxsaylı mükafatlar sübut edir ki, gənc pianoçu yaradıcı şöhrətin zirvəsinə doğru inamla irəliləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930