manera.az
manera.az

Gənc yazarın yeni kitabı işıq üzü görüb

Gənc yazarın yeni kitabı işıq üzü görüb
"AzərKitab"da gənc yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural Həsənlinin "Təşəbbüs" romanının təqdimat mərasimi olub.

Mərasimdə ziyalılar, yazıçının qələm dostları, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan müəllif öz yaradıcılığı və yeni çıxan kitabı haqqında ümumi məlumat verib. İlk kitabını 18 yaşında ikən yazdığını deyən T.Həsənli, bundan öncə "Mən həyata gecikmişəm", "Psixodrama (Özünü axtarış)", "İgid ölər, igidlik ölməz" romanlarının və "Dünyadakı dünyam", "İki sıfır bir dörd" şeirlər kitabının çap olunduğunu deyib.

Yeni kitabı haqqında danışan müəllif deyib ki, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində çap olunan "Təşəbbüs" romanı müəllifin sayca 6-cı kitabıdır. Detektiv janrında yazılan romandakı hadisələr ölkəmizdə cərəyan edir. Burada 10 il əvvəl baş vermiş bir cinayətin üzə çıxarılmasında xüsusi xidmət orqanlarının peşəkar və məharətli işləri öz əksini tapıb.

Təqdimat mərasimində çıxış edən Əməkdar jurnalist, pedaqogika fəlsəfə doktoru Qafar Əsgərzadə, "Xalq" qəzetinin baş redaktor müavini Afət Sadıqoğlu, Muğam Müsabiqəsinin qalibi, Dövlət Televiziyasının solisti, xanəndə Sərxan Bünyadzadə və başqaları Tural Həsənlinin yaradıcılığı haqqında öz fikirlərini bölüşüb, onun şair və yazıçı kimi bundan əvvəl qələmə aldığı əsərləri ilə geniş oxucu rəğbəti qazandığını vurğulayıblar.

Çıxışlardan sonra müəllif qonaqlar üçün kitablarını imzalayıb../525.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031