manera.az
manera.az

Filarmoniyaya yeni baş drijor təyin olunub

📅 15.05.2023 12:11

Filarmoniyaya yeni baş drijor təyin olunub
Əməkdar artist Fuad İbrahimov Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijoru təyin edilib.

MANERA.AZ xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

O, bu vəzifədə Xalq artisti Rauf Abdullayevi əvəzləyib.

Qeyd edək ki, F.İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra”nın baş dirijoru olub.

F.İbrahimov Parisdə “Radio France”, “France musique”, “L'orchestre philharmonique” və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.

Dirijor kimi dünyanın bir sıra tanınmış konsert salonlarında çıxış edib.

2022-ci ildə Prezident mükafatına layiq görülüb, Azərbaycanın Əməkdar artistidir.

Filarmoniyaya yeni baş drijor təyin olunub


Baxış sayı - 536 | Yüklənmə tarixi: 15.05.2023 12:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930