manera.az
manera.az

Məktəblilərin xeyriyyə tamaşası nümayiş olunacaq

📅 10.04.2023 18:34

Məktəblilərin xeyriyyə tamaşası nümayiş olunacaq
Paytaxtdakı 220 nömrəli məktəb-lisey şagirdlərinin hazırladığı “Nağıllar aləminə səyahət” adlı xeyriyyə tamaşası nümayiş olunacaq.

Bu barədə BŞTİ-dən MANERA.AZ-a məlumat verilib.

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdiriləcək tamaşa Azərbaycan xalq nağılları və dünya ədəbiyyatı nümunələri əsasında səhnələşdirilib.

Humanizm və ümumbəşəri dəyərlərin təbliğ olunduğu xeyriyyə tamaşasının əsas məqsədi nağıl qəhrəmanlarının dili ilə dünya uşaqlarının sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyini, dostluğa və sülhə çağırış mesajlarını çatdırmaqdan ibarətdir.

Tamaşanın nümayişindən öncə 220 nömrəli məktəb-lisey ansamblı üzvlərinin skripka və tarda canlı ifaları və məktəb-liseydə təhsil alan 1 nömrəli uşaq evinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunacaq.

Qeyd edək ki, inklüziv sinif şagirdlərinin də iştirak etdiyi tamaşadan əldə olunan vəsait “Yaşat” Fonduna köçürüləcək.

Məktəblilərin ilk təşəbbüsü olan xeyriyyə tamaşası 11 aprel saat 17:00-da başlayacaq.

Məktəblilərin xeyriyyə tamaşası nümayiş olunacaq


Baxış sayı - 367 | Yüklənmə tarixi: 10.04.2023 18:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031