manera.az
manera.az

Şəhid övladlarının rəsm əsərləri Türkiyədə nümayiş olunacaq

📅 14.12.2021 12:23

Şəhid övladlarının rəsm əsərləri Türkiyədə nümayiş olunacaq
“Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” layihəsi çərçivəsində şəhid övladlarının çəkdiyi rəsm əsərləri Türkiyədə nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) “Bədii qiraət”, “Təsviri incəsənət studiyası” və “Uşaq xalq rəqsləri” dərnəklərinin üzvləri 15-19 dekabr 2021-ci il tarixlərində Türkiyənin Antalya şəhərində Demre Bələdiyyəsi tərəfindən keçirilən tədbirdə iştirak edəcək.

Səfər çərçivəsində “Azərbaycan-Türkiyə dostluğu əbədi və sarsılmazdır” adlı rəqs festivalı, dərnək üzvlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriləcək, “Şəhidlərin ruhu ölməzdir” adlı videoçarx nümayiş olunacaq.

Məktəblər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə təcrübə mübadiləsi aparılacaq.
Həmçinin Antalya şəhərinin tarixi yerlərinə ekskursiyalar təşkil olunacaq.

"Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” layihəsinin əsas məqsədi şəhid övladlarının çəkdikləri rəsmlərlə xalqımızın qəhrəman oğullarını bütün dünyaya tanıtmaq, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq və onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir.


Baxış sayı - 731 | Yüklənmə tarixi: 14.12.2021 12:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031