manera.az
manera.az

Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçiriləcək

📅 10.04.2023 17:39

Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçiriləcək
Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək.

MANERA.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı bildirib.

Dövlət başçısı vurğulayıb ki, humanitar sahədə əməkdaşlıq birinci dərəcəli əhəmiyyət kəsb edir: "Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək. Bu, xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək. Hesab edirik ki, məhz humanitar əlaqələr bizim dövlətlərarası münasibətlərin qurulmasının əsasıdır. Əlbəttə, qarşılıqlı maraq doğuran sahələr çoxdur. Biz həqiqətən qarşılıqlı fəaliyyətin müttəfiqliyin keyfiyyətcə yeni səviyyəsinə qədəm qoyuruq və bu, bu gün imzalanacaq Bəyannamədə artıq əks olunub. Beləliklə, biz ölkələrimizin və xalqlarımızın uğurlu birgə gələcəyini bir çox onilliklər qədər irəlicədən müəyyən edirik".


Baxış sayı - 505 | Yüklənmə tarixi: 10.04.2023 17:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031