manera.az
manera.az

İsmayıllıda azsaylı xalqların mədəniyyəti nümayiş etdirilib

📅 30.04.2022 22:12

İsmayıllıda azsaylı xalqların mədəniyyəti nümayiş etdirilib
Aprelin 29-da İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə etnik qrupların mədəniyyətinin təbliğinə həsr olunmuş “Azərbaycan doğma diyarımdır” adlı tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, azsaylı xalqların mədəniyyətin, incəsənətinin tanıdılması və təbliğ edilməsi məqsədi ilə keçirilən tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, RİH-in əməkdaşları, digər idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.

Tədbirdə bildirilib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, ayrı-ayrı millətlərin, azsaylı xalqların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dostluq şəraitində yaşadığı bir məkandır. Burada əsrlər boyu azsaylı xalqlar və etnik qruplar öz adət-ənənələrini, dillərini, dini baxışlarını, özünəməxsus həyat tərzlərini qoruyub saxlamışlar: “Ölkəmizdə multikulturalizm siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Müasir dövrdə isə Azərbaycan Respublikasında multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Ölkəmizin başçısı multikulturalizmi dövlət siyasəti səviyyəsinə yüksəldərək Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etmişdi”.

Daha sonra tədbirdə müxtəlif etnik qruplara məxsus mətbəx nümunələri sərgilənib, “Lahıc”, “Hapıt”, “Ləzgi” Xalq, “İvanovka” folklor kollektivləri çıxış ediblər. Çıxış edən folkor kollektivləri mahnıları öz dilərində səsləndiriblər.

İsmayıllıda azsaylı xalqların mədəniyyəti nümayiş etdirilib
İsmayıllıda azsaylı xalqların mədəniyyəti nümayiş etdirilib


Baxış sayı - 752 | Yüklənmə tarixi: 30.04.2022 22:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031