manera.az
manera.az

Xoş sözün, sığalın bir xəyal olub - Şeirlər |MANERA.AZ

Xoş sözün, sığalın bir xəyal olub - Şeirlər |MANERA.AZ
MANERA.AZ ADPU-nun Quba filialının tələbəsi Sürahi Mehtiyevanın şeirlərini təqdim edir:

* * *
Bəzən özüm ilə danışıram mən,
Çəkilib kənarda dayanıram mən,
Güzgüdə baxanda özümə hərdən,
Görürəm gülüş də itib üzümdən.

Deyirəm özümə nədir bu halın?
Nədən saralıbdır bu rəngi alın?
Özüm özümlə danışsam da mən,
Özüm mənlə danışmır, görəsən nədən?

Üzümdə bir kədər sezdim o anda,
Özümü çox incitmişəm zamanında ,
İnsanları xoşbəxt edim deyərkən,
Özümə söyləmişəm sən hələ dayan.

Özümdə bilmədən çox incinmişəm,
Yaxşını görməyib pisi seçmişəm,
Dünyada gülərək yaşamaq varkən,
Fırtına dənizində açmışam yelkən.

Daxilimdən bir səs dedi ki, mənə
"Dayan sən ey insan, qulaq as mənə
Başqasına sevgiylə baxan, gözlər,
Həmin o sevgini özünə göstər
Ehtiyacı vardır bu canın sənə
Sənin bəxş etdiyin gözəlliklərə ".

İndi mən baxıram üzgün özümə
Axı mən qıymadım dəyəri mənə
İndi mən bir üzr istəsəm görən
Özümü bağışlaya bilərəmmi mən?!

Mən hey üzr istərəm, səhvim olanda
İndi ki, günahkaram özüm qarşımda.
Özümdən indi əfv diləyirəm mən
Bəlkə də səhvimi anlayıram mən.

Ey canım, üzmüşəm səni bilmədən
Əziyyət vermişəm bilmirəm nədən?
Səni unudaraq vermədim dəyər
Məni bağışlamaq asandır məyər?

Özümü bağışlamaq ağır gəlsə də
Bağışlaram yenə də bu saf ürəkdə.
Özümü bir anlıq unutsam da mən
Özümdə görürəm dəyər yenə də

Ey insan, dəyər ver özünə hər an
Bil ki, buna ehtiyac olar hər zaman
Özünə bir azca sevgi göstərsən
Güzgüdə sevinc dolu bir üz görərsən.
03.09.2020

Gələrmisən?!

Desəm ki, ay ata, çox darıxmışam,
Sənsiz həyatım cəhənnəm olub,
Gecələr ahu zar və zülmət olub,
Dünyama işıq kimi bir gələrmisən?!

Desəm ki, can ata, çox darıxmışam
Xoş sözün, sığalın bir xəyal olub
Üzüm heç gülməyir, dərdim yar olub
Üzümü güldürməyə bir gələrmisən?!

Desəm ki, ay ata, çox darıxmışam
Qoynunun istisi bir ümman olub
Qızım deməyin də mənə yad olub
Mənə qızım deməyə bir gələrmisən?!

Atam

Dünya bir dairə, yer kürəsidir
Durmadan dönürəm onun içində
Bir dəfə görərsəm inan bəsimdir.
Daima yanıram, atam, içimdə.

Qalmışam mən indi üzünə həsrət
Saçımın sığalı əskikdir daha
Hətta əsəbinə də olmuşam həstər
Qışqırsan da üstümə dinmərəm daha

Bir dəfə yuxuma gəlsən inan ki,
Elə həmin andaca üzüm gülümsər
Yuxumda üzünü görəndə bil ki,
Elə hiss edirəm geri dönmüsən.

Bir dəfə səsləsən desən ki, qızım
Hər şeyi buraxıb gələrəm, atam
Məzarın üstündə ağlayır qızın
Bəlkə sən qalxasan, gələsən, atam

Üzümdə gülüşüm itdi o gündən
Gülsəm də ürəkdən gülərəmmi mən?
Qıymasan qızına gəlsən o yerdən
Dünyanın xoşbəxti olmarammı mən?


* * *
Yenə də yazıram qəmli şeirimi
Qələmlə varaq dostum olubdur
Heç kəslə bölüşə bilmədiyimi
Onlara deyirəm, ürək doludur.

Bəzən sıxılaram geniş dünyada
Sanki soyuyuram mən bu həyatdan
Ya susum sakitcə durum kənarda
Ya elə bağırım ki, oyansın cahan.

Düşündüm görəsən varmı anlayan
Nələr çəkdiyimi, çox yandığımı
Olmayacaq dərdimə özümtək yanan
Kim yaşamaq istər yaşadığımı?!
17.09.2020Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930