manera.az
manera.az

ABŞ-da Şuşaya həsr olunmuş filmin nümayişi olacaq

📅 11.01.2023 07:53

ABŞ-da Şuşaya həsr olunmuş filmin nümayişi olacaq
ABŞ-də isveçli fotoqraf, operator Mikael Silkeberqin Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr etdiyi “Xarıbülbül əfsanəsi” sənədli filmi nümayiş etdiriləcək.

MANERA.AZ xəbər verir ki, paytaxt Vaşinqtonda baş tutacaq təqdimat mərasimi Azərbaycanın ABŞ-dəki səfirliyi tərəfindən təşkil olunub.

Təqdimat mərasimində filmin yaradıcı heyəti və rejissor Mikael Silkeberq də iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələrin yer aldığı film Şuşada çəkilib. Filmdə Şuşanın tarixi və ədəbi mühiti barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr alınıb.


Baxış sayı - 429 | Yüklənmə tarixi: 11.01.2023 07:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31