manera.az
manera.az

Polad Həşimova həsr edilmiş filmin təqdimatı keçirilib

📅 13.07.2021 10:32

Polad Həşimova həsr edilmiş filmin təqdimatı keçirilib
Şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun xatirəsinə həsr olunmuş filmin təqdimat mərasimi keçirilib.

Manera.az xəbər verir ki, “Portret 3293” adlı sənədli filmin təqdimatı Beynəlxalq Muğam Mərkəzində baş tutub.

Təqdimatda Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin nümayəndələri, mədəniyyət və elm xadimləri, Polad Həşimovun ailə üzvləri və hərbçi dostları iştirak edib.

“Chelebi Media Group” tərəfindən lentə alınan filmin çəkilişləri Azərbaycan Hərb Tarixi Muzeyi, II Fəxri Xiyaban, Sumqayıt şəhəri Polad Həşimovun evi, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə aparılıb.

Qeyd edək ki,general-mayorP. Həşimov 2020-ci il iyulun 12-də başlayan Tovuz döyüşlərində qəhrəmancasına şəhid olub.


Baxış sayı - 557 | Yüklənmə tarixi: 13.07.2021 10:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930