Azərbaycanlı aktyor Bollivud filmində - Fotolar

Azərbaycanlı aktyor Faiq Mirzə Bollivud filmində çəkilib.
MANERA.AZ xəbər verir ki, SAARDAR filmi 2022-ci ilin yayında çəkilib.
Prince Pictures şirkəti filmin bir neçə epizidunu Bakida çəkib. Saardar filminin rejissoru PS Mithrandır.
Azərbaycanda filmin təşkilatçısı filming Azərbaycandır. Azərbaycan aktyor agentliyi aktyor seçimində dəstək olub.
Faiq Mirzə filmə Azərbaycan aktyor agentliyi tərəfindən təklif edilib. Hind kinomotoqrafçıları aktyoru filmə təsdiq ediblər.
Faiq Mirzə Saardar filmində Beynəlxalq məhkəmənin hakimi obrazına dəvət alıb.
Onu da qeyd edək ki, aktyor bu filmdə Hind aktyoru Çanki Panday ilə tərəf müqabil olub.

