manera.az
manera.az

“Mirzə Cəlilin Azərbaycanı” adlı film çəkilir

📅 03.09.2019 16:01

 “Mirzə Cəlilin Azərbaycanı” adlı film çəkilir
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında “Mirzə Cəlilin Azərbaycanı” adlı filmin çəkilişlərinə start verilib.

Manera.az xəbər verir ki, filmin rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Tair Əliyevdir.

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş film, rejissor Mirzə Cəliin personajlarını cəmiyyətimizdə tapıb filmə çəkmək fikrindədir: “Düşünürəm ki, Mirzə Cəlil bu günkü Azərbaycanı görərək yazıb”.

Filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvan şəhəri, Nehrəm kəndi də daxil olmaqla, Ağcabədi rayonunda, Gürcüstanın Tbilisi və Qori şəhərlərində lentə alınacaq. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulacaq.

Qeyd edək ki, filmin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Tair Əliyev, operatoru Elxan Rüstəmov, bəstəkarı Azər Hacıəsgərli, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.

MANERA.AZ


Baxış sayı - 1 134 | Yüklənmə tarixi: 03.09.2019 16:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930