manera.az
manera.az

Sumqayıtlı gənc ölkədə ilk improvizə teatrı yaradır

📅 08.01.2023 08:11

Sumqayıtlı gənc ölkədə ilk improvizə teatrı yaradır
Sumqayıtlı gənc ölkədə ilk improvizə teatrı yaradır.

MANERA.AZ xəbər verir ki, bu barədə Rəmal Babayev AzərTac-a məlumat verib.

16 il əvvəl Göyçaydan Bakıya gələn, Azərbaycan Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsinə qəbul olunaraq buranı bitirən Rəmal uşaqlıq arzusundan danışır: “Aktyorluq üzrə oxumaq istəsəm də, evdən birmənalı şəkildə buna qarşı çıxdılar. Lakin tələbəlik illərində “Şən və hazırcavablar” komandası yarada bilməyimiz yolumun başlanğıcı oldu”.

Rəmal ölkədaxili ali məktəb tələbələrindən ibarət komandalar arasında yarışmaların üçüncüsü olub, sonra Sumqayıtda gənclərlə birləşərək mədəniyyət evləri, özəl müəssisələrdə kiçikhəcmli tamaşalarda oynayıb. Ssenarini özləri yazıb, özləri quruluş verib və özləri də aktyor olublar.

İdeyanı türkiyəli Tolğa Çevikdən götürdüyünü deyən Rəşad nəinki Sumqayıtda, Azərbaycanda ilk improvizə teatrının gələcəyinə inanır və həvəslə onun formatından söz açır: “Burada köməkçi aktyor və aktrisalar tamaşaçılar arasından seçilməklə səhnə ilə tamaşaçı arasında təmas qurulur və tamaşaçı həm də müəllifə çevrilərək əyləncəni daha yaxşı formada yaşaya bilir”.

Rəmal hesab edir ki, onun yaratmaq istədiyi yeni teatr tamaşaçı zövqünün təkmilləşməsi işində də sözünü deyə biləcək.

Sumqayıtlı gənc ölkədə ilk improvizə teatrı yaradır


Baxış sayı - 369 | Yüklənmə tarixi: 08.01.2023 08:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031