manera.az
manera.az

Qazax Dram Teatrı Bakıya gəlir

📅 16.06.2018 11:00

Qazax Dram Teatrı Bakıya gəlir
İyun 18-də Qazax Dövlət Dram Teatrının kollektivi Gənc Tamaşaçılar Teatrında Viktor Hüqonun "Bir edam məhkumunun son günü" əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edəcək.

MANERA.AZ xəbər verir ki, bu dəfə paytaxt sakinlərinin görüşünə gələcək tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi ilə teatrın rejissoru Allahverdi Musayev tərəfindən hazırlanıb.

Əsas obrazı teatra dəvət olunan aktyor, teleaparıcı Mehman Dilqəmoğlu (Piriyev) canlandıracaq.

Digər rolları aktyorlar Hacı Hacıyev, İlqar Hacəliyev, Yusif Qoca, Arif Almədədov, Aydın Orucov, Nəsimi Aşpazov ifa edəcəklər.

Tamaşanın quruluşçu rəssamı Səyyat Məmmədovdur.

Əsəri dilimizə gənc şair Hikmət Orhun uyğunlaşdırıb.

Giriş sərbəstdir../525.az/


Baxış sayı - 1 459 | Yüklənmə tarixi: 16.06.2018 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930