manera.az
manera.az

Təbrizli gənc aktyor: Aktyorluq duyğusal bir işdir - (Müsahibə)

Təbrizli gənc aktyor: Aktyorluq duyğusal bir işdir -  (Müsahibə)
MANERA.AZ Təbrizin gənc aktyoru Nilufər Xəlilinin müsahibəsini təqdim edir. Müsahibəni Güney Azərbaycanın gənc şairi Əli Nurvəş aparıbdır.

Nilufər Xəlili, 2000-ci ilin iyul ayının 14-də Təbriz şəhərində doğulubdur. Onun 6 yaşı olarkən atası ilə anası bir-birindən ayrılıbdır və Nilufər, 6 yaşından ağır müsibətlərə qalib gəlibdir. Onun həyatında olan duyğuları teatr və kinodur. Bəzən millətin üzünə gülüş gətirmək üçün güldürücü filmlərdə, bəzən ədəbi filmlərdə və bəzən folklorik filmlərdə rolu olubdur. O, həyatının uzun illərini anası ilə birgə yaşayıb və yaşamaqdadır.

- Nilufər xanım, siz kino və teatra nə zamandan maraq gətirib və başlayıbsınız?

- Mən, uşaqlıq illərimdən belə, aktyor olmağa maraq göstərmişəm. Amma 15 yaşımdan aktyorluğa başlamışam.

- Bu sahədə ustadlarınız kimlər olubdur?

- Bu sahədə mənim ustadlarım, Ramin Riyazi, Camal Saqinəjad, Həsən Əbdüllahi vb... olubdurlar.

- Necə oldu ki, aktyorluğa başladınız?

Təbrizli gənc aktyor: Aktyorluq duyğusal bir işdir -  (Müsahibə)
- Aktyoruğa seçilənlər üçün bir test qoyulmuşdu, o testdə aktyorluq üçün seçildim, amma təəssüflə o film üçün 35 yaşda bir şəxs lazım idi və buna görə də məni başqa bir filmə dəvət etdilər və o filmdən isə aktyorluğa başladım. Daha sonra aktyorlar məktəbində təhsil aldım.

- Sizin şəxsi təhsilatınız nədir və aktyorluqdan əlavə bir işdə fəxri rütbəniz varmı?

- Memarlıq mühəndisliyində təhsil etmişəm və idman sahəsində isə Güney Azərbaycanda birinci rütbəyə çatmışam. –

Aktyorluq üçün nə sözünüz vardır?

- Aktyorluq mənim üçün çox dəyərli və duyğusal bir işdir. Necə ki, mən teatrda istəyə bilirəm ki, gözəl duyğulara yol tapam. Millətimlə səmimi ilgi tapıram. O zamandan ki bu sahədə çalışıram, insanları tanımağım və idrakim güclənibdir.

- Aktyorluqda özünüzü hansı rütbədə hiss edirsiniz?

- Elə hiss edirəm ki, teatr bir dənizdir və aktyor isə stəkanın dibində qalmış bir damcı sudur. Nə qədər stəkanın dibində qalıbsa, özünü bir ümman hiss edəcəkdir. Amma stəkandan dənizə tökülürsə, üzmək bacararsa özünü dənizdən çıxara biləcəkdir. Aktyor da gərəkdir ki, çətinliklərə dözümü olub və qalib gəlməlidir.

Nə isə, biz sizə bu yolda böyük uğurlar diləyirik. Güney azərbaycandan gələn səslərin hamısı, birlik səsidir. Siz, teatrda, başqaları isə yazarlıqda, ədəbiyyatda, musiqidə, rəqqaslıqda, rəssamlıqda vb... işllərdə rolunu oynayıb birlik yaradır. İnşallah ki, xalqımızın səsi ucalarda gəlsin...

Təbriz şəhəri,
2020.11.22
Müsahibəni aparan:Əli Nurvəş
Şair, yazar və mütərcim.

Təbrizli gənc aktyor: Aktyorluq duyğusal bir işdir -  (Müsahibə)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728