manera.az
manera.az

Musiqili Teatr Yeni İl şənliklərinə hazırlaşır MANERA.AZ

📅 09.12.2015 15:27

                     Musiqili Teatr Yeni İl şənliklərinə hazırlaşır  MANERA.AZ

2015-ci il yekunlaşmaq üzrədir. Azərbaycan Dövlət Musiqili Teatrı artıq qarşıdan gələn 2016-cı il – Yeni İl Bayramı şənliklərinin hazırlıqlarına start verib.

Qurumun mMətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, Azərbaycan Dövlət Musiqili Teatrında “Yeni İl” şənliklləri 24 dekabr 2015-ci il tarixində başlayacaq və 6 yanvar 2016-cı il tarixinə qədər davam edəcək. Hər il olduğu kimi bu ildə Dövlət Musiqili Teatrının təşkil etdiyi “Yeni İl” şənlikllərində balaca tamaşaçıları bir sıra maraqlı məqamlar, sürprizlər, hədiyyələr gözləyir.

Tamaşaçılar müxtəlif nağıl qəhrəmanları, Şaxtababa və Qarqızla birbaşa ünsiyyətdə ola biləcək, onlarla əylənəcək, Yeni İli birlikdə qarşılayacaqlar. Və ən əsası balaca tamaşaçılar teatrın hazırladığı nağıl-tamaşanı izləmək imkanı qazanacaqlar. Bir sözlə balacaları, Azərbaycan Dövlət Musiqili Teatrının təşkil etdiyi “Yeni İl” şənlikllərində uzun müddət unada bilməyəcəkləri əyləncəli, maraqlı, sürpriz dolu anlar gözləyir. Biletləri şəhərin teatr-konsert kassalarından əldə etmək olar.

Turan Etibaroğlu
Manera.az



Baxış sayı - 1 409 | Yüklənmə tarixi: 09.12.2015 15:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031