manera.az
manera.az

“Mauqlinin yeni ili” olacaq | MANERA.AZ

      “Mauqlinin yeni ili” olacaq | MANERA.AZ

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il tamaşasının məşqlərinə start verilib. Bu dəfə teatr Yeni il ərəfəsində gənc yazar Pərvin Nurəliyevanın səhnələşdirdiyi “Mauqli” pyesi əsasında “Mauqlinin Yeni ili” tamaşasını öz azyaşlı izləyicilərinə təqdim edəcək.

Balacaların sevimli nağıl personajı olan Mauqlinin yeni il sərgüzəştlərindən bəhs edən tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Yeni il tamaşasında əsas obrazları gənc və istedadlı aktyorlar Zaur Əliyev (Dövlət Musiqili Teatr), Mirzəağa Mirzəyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Aydın Dəmirov, Eşqin Quliyev, Elgün Yəhyayev, Vahid Orucoğlu, Elnur Əliyev, Anar Seyfullayev, Elşən Şıxəliyev, Rəşad Səfərov, Müşfiq Əliyev, Anar Səfiyev, Bəhram Həsənov ifa edəcəklər.

Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabr ayının 25-dən, 2016-cı ilin yanvar ayının 4-dək saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək.

Məlumat üçün bildirək ki, yeni tamaşa ilə yanaşı hər il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda “Mauqlinin yeni ili”ni izləyəcəklər.

Turan Etibaroğlu
Manera.az











Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031