manera.az
manera.az

Musiqili Teatr Yeni İl şənliklərinə hazırlaşır | MANERA.AZ

Musiqili Teatr Yeni İl şənliklərinə hazırlaşır | MANERA.AZ

2015-ci il yekunlaşmaq üzrədir. Azərbaycan Dövlət Musiqili Teatrı artıq qarşıdan gələn 2016-cı il – Yeni İl Bayramı şənliklərinin hazırlıqlarına start verib.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrında “Yeni İl” şənliklləri 24 dekabr 2015-ci il tarixində başlayacaq və 6 yanvar 2016-cı il tarixinə qədər davam edəcək.

Hər il olduğu kimi bu ildə Dövlət Musiqili Teatrının təşkil etdiyi “Yeni İl” şənlikllərində balaca tamaşaçıları bir sıra maraqlı məqamlar, sürprizlər, hədiyyələr gözləyir. Tamaşaçılar müxtəlif nağıl qəhrəmanları, Şaxtababa və Qarqızla birbaşa ünsiyyətdə ola biləcək, onlarla əylənəcək, Yeni İli birlikdə qarşılayacaqlar. Və ən əsası balaca tamaşaçılar teatrın hazırladığı nağıl-tamaşanı izləmək imkanı qazanacaqlar.

Bir sözlə balacaları, Azərbaycan Dövlət Musiqili Teatrının təşkil etdiyi “Yeni İl” şənlikllərində uzun müddət unada bilməyəcəkləri əyləncəli, maraqlı, sürpriz dolu anlar gözləyir.

Biletləri şəhərin teatr-konsert kassalarından əldə etmək olar.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31