manera.az
manera.az

Kitabxanalara işə qəbulun nəticələri bəlli oldu

Kitabxanalara işə qəbulun nəticələri bəlli oldu
Nazirliyin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə 28 noyabr 2022-ci il tarixində Azərbaycan Milli Kitabxanasında təşkil olunan test imtahanında iştirak etmiş namizədlərin nəticələri bəlli olub.

Bu barədə MANERA.AZ-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəticələrə əsasən, test imtahanında iştirak edən 319 namizəddən 141 nəfəri (44 faiz) keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. 178 namizəd (56 faiz) isə müəyyən edilmiş keçid balından aşağı nəticə göstərməklə müsabiqədən keçməyib.

Məlumat üçün bildiririk ki, test imtahanından 70% (35 düzgün cavab) nəticə əldə etmiş namizdələr Bakı şəhərində fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün, 60% (30 düzgün cavab) nəticə əldə etmiş namizdələr Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün, 50% (25 düzgün cavab) nəticə əldə etmiş namizdələr isə digər inzibati ərazi vahidlərində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün müsahibəyə buraxılacaqlar.

Test imtahanından keçmiş namizədələrə müsahibənin proqramı, vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

Nəticələrə dair pretenziyası olan şəxslər 5-7 dekabr 2022-ci il tarixlərində apellyasiya@culture.gov.az elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlərБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728