manera.az
manera.az

Builki MİQ imtahanlarında yeniliklər bunlardır

📅 21.04.2022 16:05

Builki MİQ imtahanlarında yeniliklər bunlardır
Yay aylarında keçiriləcək müəllimlərin işə qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər açıqlanıb.

MANERA.AZ xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılır. Bu mərhələdə 100 ballıq qiymətləndirmə tətbiq ediləcək.

Sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla, ixtisas üzrə 40 sualın hər biri 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın hər biri isə 1 balla dəyərləndiriləcək. 4 səhv cavaba görə 1 düzgün cavab silinəcək.

Bundan əlavə, yayda keçiriləcək imtahanlardan sonra vakant yer seçmə mərhələsində əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinə imkan veriləcək.

MİQ imtahanları ilə bağlı daha bir yenilik isə yerdəyişmə prosesi haqqındadır. Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yerdəyişmə yalnız müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçiriləcək.


Baxış sayı - 514 | Yüklənmə tarixi: 21.04.2022 16:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031