manera.az
manera.az

Kitabxanalara işə qəbul imtahanı keçirilib

📅 29.11.2022 15:09

Kitabxanalara işə qəbul imtahanı keçirilib
Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə test imtahanı keçirilib.

Bu barədə MANERA.AZ-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Milli Kitabxanasında təşkil olunan imtahanda qeydiyyatdan keçmiş 357 namizəddən 319 nəfəri iştirak edib.

Test imtahanın nəticələri 2 dekabr 2022-ci il tarixində namizdələrin iş nömrəsi və topladığı bal qeyd olunmaqla Nazirliyin rəsmi saytında elan olunacaq, eyni zamanda nəticələr və müsahibə barədə məlumatlar namizədlərin əlaqə vasitələrinə göndəriləcəkdir.

Məlumat üçün bildiririk ki, keçirilən test imtahanı üçün tərtib olunmuş sual kitabçası kitabxana işinə dair normativ hüquqi aktlar əsasında hazırlanmış 50 sualı özündə ehtiva edib.

Namizədlər Bakı şəhərində fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 70% (35 düzgün cavab), Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 60% (30 düzgün cavab) və digər inzibati ərazi vahidlərində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 50% (25 düzgün cavab) müsbət nəticə əldə etməlidirlər.


Baxış sayı - 757 | Yüklənmə tarixi: 29.11.2022 15:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031