manera.az
manera.az

AZƏRTAC-a yeni sədr təyin edildi

📅 28.11.2022 09:58

AZƏRTAC-a yeni sədr təyin edildi
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinə yeni sədr təyin olunub.

MANERA.AZ xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.

Vüqar Əliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dillər Universitetini bitirib.

V.Əliyev əvvəllər AZƏRTAC-da çalışıb. O, bir neçə il Dövlət İnformasiya Agentliyində Siyasət şöbəsində bölmə müdiri vəzifəsini tutub.

Daha sonra Prezident Administrasiyasında - Birinci vitse-prezidentin katibliyində çalışıb.

Qeyd edək ki, AZƏRTAC-ın sabiq İdarə Heyətinin sədri Aslan Aslanov noyabrın 19-da vəzifəsindən azad edilib.


Baxış sayı - 433 | Yüklənmə tarixi: 28.11.2022 09:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930