manera.az
manera.az

“Şeyx Sənan” tamaşası nümayiş olunacaq

“Şeyx Sənan” tamaşası nümayiş olunacaq
Noyabrın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrdan MANERA.AZ-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı, Xalq rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.

Qeyd edək ki, görkəmli dramaturqun böyük tolerantlıq ideyası ilə yazdığı bu pyesdə mənəviyyatlar savaşı ilə insanlar üz-üzə dayanıb. Böyük Cavid sülhpərvər duyğularına həm də ilahi sevgi və onun əbədiliyi ideyasını qataraq gözəl bir pyes yazıb. Tamaşaya baxan hər tamaşaçı özünün qənaətlərini dəqiqləşdirir: yaşadığım bu dünyada düzmü mövqe tutmuşam? Mənim insanlığa, bəşəriyyətə nə dərəcədə xeyrim dəyib? Özünün sekulyarlığı və didaktik cəhətilə məxsusi fərqlənən bu pyesdə iki millətin nümayəndələri, iki din və əqidə daşıyıcıları arasında baş verən hadisələr tamaşaçıda dərin təəssüf hissi oyatmaqla yanaşı, həm də müasir dünyaya, demokratik bir cəmiyyətə də fərəh hissi ilə baxmağa sövq edir. Öz ilk eşqi yolunda əzizlərindən, dinindən keçən Şeyx Sənan hətta donuz tövləsini təmizləməyə, boynundan xaç asmağa belə razılaşır. Lakin mövhumat və dini ayrı-seçkilik hərisləri onun sevdiyinə qovuşmağına mane olurlar. Ona görə də iki sevgili xilas yolunu intiharda görürlər. Tamaşanın klassik üslubda geyimi, diqqətçəkən dekorasiyası, həm də gözəl musiqi dramaturgiyası var.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031