manera.az
manera.az

Azərbaycan filmi “Oskar”a namizədlər siyahısında

📅 15.11.2022 15:43

Azərbaycan filmi “Oskar”a namizədlər siyahısında
Azərbaycanın tanınmış kino rejissoru Şamil Əliyevin “Yaradanlar” (CREATORS) filmi 95–ci Oskar Akademiyasının mükafatına namizədlərin siyahısına daxil edilib.

MANERA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) məlumat yayıb.

Amerika İncəsənət və Elmlər Akademiyasının 95–ci Akademiya mükafatlarının təqdimat mərasimi 2023–cü il martın 12–də, bazar günü keçiriləcək.

Qeyd edək ki, Şamil Əliyevin filmi 20–ci əsrin görkəmli Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist–bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsirinin öyrənilməsindən bəhs edir.

Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri, Əməkdar memar, professor Elbəy Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.

Azərbaycan filmi “Oskar”a namizədlər siyahısında


Baxış sayı - 389 | Yüklənmə tarixi: 15.11.2022 15:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031