manera.az
manera.az

Bakıda Avropa Film Festivalı çex filminin nümayişi ilə açılacaq

📅 05.11.2022 16:33

Bakıda Avropa Film Festivalı çex filminin nümayişi ilə açılacaq
Noyabrın 14-də Bakıda Çexiya Respubikasının istehsalı olan “Sahiblər” filminin nümayişi olacaq.

MANERA.AZ xəbər verir ki, Çexiya Respubikasının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, filmin nümayişi Avropa İttifaqının (Aİ) nümayəndəliyinin Aİ-yə üzv ölkələrin Azərbaycandakı səfirlikləri ilə birgə təşkil etdiyi illik Avropa Film Festivalının açılışı mənasını daşıyacaq.

Rejissor Yirji Havelkanın 2019-cu il istehsalı olan filminin süjeti qəzalı vəziyyətdə olan evin sökülməsi üçün zəruri olan mansard sahəsinin satılması məsələsini həll etmək üçün çoxmənzilli binada sakinlərinin görüşündən bəhs edir. Amma hər kəsin öz ideya və planlarının olması sadə səsvermə prosesini çətinləşdirir.

Tədbirə giriş pulsuzdur.


Baxış sayı - 391 | Yüklənmə tarixi: 05.11.2022 16:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031