manera.az
manera.az

Şuşa haqqında film ingilis dilində - Foto

Şuşa haqqında film ingilis dilində - Foto
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şuşa tarixi ingilis dilində” adlı layihənin icrasını başa çatdırıb.

Bu barədə MANERA.AZ-a ictimai birliyin sədri Şəhla Nağıyeva məlumat verib.

O bildirib ki, bundan əvvəl “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şuşanın dağları başı dumanlı” adlı bədii-sənədli film hazırlayıb.

İctimai Televiziyanın texniki dəstəyi ilə çəkilən filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Nəsimi Məmmədoğludur. Film İctimai Televiziyada bir neçə dəfə yayımlanıb və tamaşaçıların rəğbətini qazanıb.

İctimai birlik Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şuşa tarixi ingilis dilində” adlı yeni layihə çərçivəsində həmin filmin ingilis dilində dublyaj olunmasını da başa çatdırıb.

Filmin mətnini BBC televiziyasının məşhur aparıcılarından olan Devid Soys səsləndirib.

Zəfər Günü ərəfəsində - noyabrın 4-də ADA Universitetində oxuyan əcnəbi tələbələr, xarici ölkələrin Bakıdakı diplomatik nümayəndələrinin iştirakı ilə filmin təqdimatı keçiriləcək.

Bundan başqa filmin Amerika Birləşmiş Ştatlarında da təqdimatı nəzərdə tutulur.

Şuşa haqqında film ingilis dilində - Foto
Şuşa haqqında film ingilis dilində - Foto
Şuşa haqqında film ingilis dilində - Foto






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31