manera.az
manera.az

"Casus" tamaşasının premyerası keçirildi - Fotolar

📅 30.10.2022 07:36

"Casus" tamaşasının premyerası keçirildi - Fotolar
Oktyabrın 29-da Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” komediyasının premyerası keçirilib.

MANERA.AZ xəbər verir ki, süjet xətti “Kitabi-Dədə Qorqud” eposundan qaynaqlanan bu səhnə əsərində Oğuzun təəssübkeşi kimi daim çıxış edən Dədə Qorqud casusun kim olduğunu bildirsə də, bu məsələyə insani mövqedən yanaşmağa qərar verir. Bunun üçün o, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edərək ölümdən xilas yolunu ona göstərir...

Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), artistlərdən Əlibala Əsgərov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla Xatun), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axindov (Aruz Qoca), Səyyad Əliyev (Beyrək) və başqaları ifa ediblər.

Qeyd edək ki, tamaşanı əsərin müəllifi, Xalq yazıçısı Kamal Abdulla da izləyib.

"Casus" tamaşasının premyerası keçirildi - Fotolar
"Casus" tamaşasının premyerası keçirildi - Fotolar
"Casus" tamaşasının premyerası keçirildi - Fotolar
"Casus" tamaşasının premyerası keçirildi - Fotolar


Baxış sayı - 442 | Yüklənmə tarixi: 30.10.2022 07:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930