manera.az
manera.az

“Avroviziya 2023” bu şəhərdə keçiriləcək

📅 10.10.2022 08:29

“Avroviziya 2023” bu şəhərdə keçiriləcək
Ukrayna adından Böyük Britaniyada baş tutacaq 67-ci “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinin hansı şəhərdə keçiriləcəyi bəlli olub.

MANERA.AZ-ın məlumatına görə, bu barədə müsabiqənin rəsmi saytında məlumat yerləşdirilib.

Yarışma gələn il Liverpul şəhərində baş tutacaq.

Bildirilib ki, Liverpul müsabiqənin keçirilməsi uğrunda yarışda ölkənin Qlazqo, Birmingem, Lids, Mançester, Nyukasl və Şeffild şəhərlərini geridə qoyub.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçirilən müsabiqənin qalibi Ukraynanın "Kaluş" qrupu olub. Onlar "Stefaniya” mahnısı ilə birinci yerə layiq görülüblər. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya tutub. Ukrayna 2023-cü ildə "Avroviziya"ya ev sahibliyi etməyə hazır olduğunu bildirsə də, AYB iştirakçıların təhlükəsizliyinin təmin edilməsində çətinliklər səbəbindən müsabiqənin bu ölkədə keçirilə bilməyəcəyini bildirib.


Baxış sayı - 461 | Yüklənmə tarixi: 10.10.2022 08:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930