manera.az
manera.az

"Avroviziya-2022"nin aparıcıları məlum oldu

📅 04.02.2022 10:43

"Avroviziya-2022"nin aparıcıları məlum oldu
İtaliyada Turin şəhərində keçiriləcək "Avroviziya 2022" mahnı müsabiqəsinin aparıcıları bəlli olub.

MANERA.AZ xəbər verir ki, yarımfinal və final gecəsinin aparıcılığı Laura Pauzini, Alessandro KattelanMikaya həvalə olunacaq. Bu haqda Eurovision.tv məlumat yayıb.

Laura məşhur italiyalı müğənnidir. Bir çox beynəlxalq mükafata layiq görülüb. O, eyni zamanda "Qremmi" və "Qızıl qlobus" mükafatlarını alıb.

Alessandro italiyalı aparıcıdır. O, "Total Request Live", "Le Iene" və "The X Factor" proqramlarından tamaşaçıya tanışdır.

Mika isə Britaniyanın Livan və Amerika əsilli müğənnisidir.

Qeyd edək ki, Azərbaycan mayın 12-də ikinci yarımfinal mərhələsində çıxış edəcək. Birinci final mərhələsi isə mayın 10-da baş tutacaq.

“Avroviziya-2022”nin final mərhələsi mayın 14-də Turin şəhərində keçiriləcək.


Baxış sayı - 450 | Yüklənmə tarixi: 04.02.2022 10:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031