manera.az
manera.az

44 günlük savaş haqda ilk sənədli roman təqdim edilib - Fotolar

44 günlük savaş haqda ilk sənədli roman təqdim edilib - Fotolar
Sentyabrın 29-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış yazıçı Etibar Muradxanlının yeni çapdan çıxmış “İlin beşinci fəsli” kitabının təqdimatı keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, akademik Nizami Cəfərov, yazıçı, millət vəkili Aqil Abbas, millət vəkili İqbal Məmmədov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, görkəmli şair-publisist Ağacəfər Həsənli, polkovnik, yazıçı Abdulla Qurbani və bir çox digər yazar və tanınmış şəxslər çıxış edərək, kitab haqqında öz fikirlərini bildiriblər.

Təqdimatda Azərbaycan Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyev, yazıçı Əliabbas Bağırsoy, Aslan Quliyev, və bir çox yazıçı, şair və publisist, qazi və hərbiçi iştirak ediblər.

Romanın qəhrəmanlarından şəhid kapitan Ülvi Hüseynovun, XDQ baş leytenantı, şəhid, “Azərbaycan Bayrağı” ordenli Əliqismət Yaqublunun, şəhid Səid Rəşidzadənin və bir neçə digər şəhidimizin valideynləri və ailələri də tədbirə qatılıblar.

Şəhid kapitan Ülvi Hüseynovun atası və şəhid baş leytenant Əliqismət Yaqublunun atası Mükafat Yaqubov çıxış edərək, şəhid oğullarının qəhrəmanlıqları barədə kitab yazaraq adlarını əbədiləşdirdiyi üçün görkəmli yazıçı Etibar Muradxanlıya təşəkkür ediblər.

Təqdimat mərasimini tənqidçi Əsəd Cahangir idarə edib.

Tanınmış yazıçı Etibar Muradxanlının sənədlər və faktlara əsaslanan, əsgər və zabitlərimizin vətənpərvərlik və qəhrəmanlığını inandırıcı, təsirli döyüş səhnələri ilə əks etdirən “İlin beşinci fəsli” romanı Şuşanın və işğal olunmuş digər ərazilərimizin düşməndən azad edilməsinə həsr olunub. Birinci Qarabağ müharibəsindən bəhs edən “Siz mühasirədəsiniz, leytenant” və “Tələbə taqımı”ndan sonra bu, müəllifin müharibə mövzusunda üçüncü kitabıdır.

“İlin beşinci fəsli” əsəri İkinci Qarabağ müharibəsi haqqında Azərbaycan ədəbiyyatında ilk romandır.

Kitan şəhid ailələri və qazilər üçün pulsuzdur. Satışdan əldə edilən gəlir isə YAŞAT Fonduna köçürüləcək.

44 günlük savaş haqda ilk sənədli roman təqdim edilib - Fotolar
44 günlük savaş haqda ilk sənədli roman təqdim edilib - Fotolar
44 günlük savaş haqda ilk sənədli roman təqdim edilib - Fotolar
44 günlük savaş haqda ilk sənədli roman təqdim edilib - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031