manera.az
manera.az

Anar: Yazıçılar Birliyinin qurultayı Şuşada keçirilməyəcək

Anar: Yazıçılar Birliyinin qurultayı Şuşada keçirilməyəcək
“Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı Şuşada keçirilməyəcək”.

MANERA.AZ xəbər verir ki, bunu “Report”a açıqlamasında AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib.

Onun sözlərinə görə, buna səbəb Şuşada qurultayın keçirilməsi, iştirakçıların və qonaqların yerləşməsi üçün uyğun məkanın olmamasıdır: “Ona görə də qurultayın məkanını dəyişmişik. Qurultayın sentyabr ayında ya Bakıda, ya da Şabranda yeni inşa olunan Yaradıcılıq Evində keçirilməsi planlaşdırılır. Çünki avqust ayında həmin evin hazır olması gözlənilir”.

AYB sədri söyləyib ki, Şuşada yalnız Vaqif Poeziya Günləri keçiriləcək.

Qeyd edək ki, ötən ilin avqust ayında Şuşada keçirilən Vaqif Poeziya Günlərində A.Rzayev AYB-nin XIII qurultayının Azərbaycanın mədəniyyət paytaxtında keçirilməsi təklifi ilə çıxış etmişdi. Bundan sonra qurultayın hazırlıqlarına başlanılmışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
1234567
891011121314
15161718192021
22232425262728
293031