manera.az
manera.az

Nəriman Əbdülrəhmanlının yeni romanı çap olundu

Nəriman Əbdülrəhmanlının yeni romanı çap olundu
Nəriman Əbbülrəhmanlının yeni romanı "Şəms" çap olunub.

MANERA.AZ xəbər verir ki, yazıçı Nəriman Əbdülrəhmanlının “Könül elçisi”, “Yolçu”, “Qurban”, “Taclı” tarixi əsərlərindən sonra qələmə aldığı “Şəms” romanı “Qanun” nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr edilib.

XII-XIII əsrlərdə yaşamış böyük Azərbaycan mütəfəkkiri həyatından bəhs edən kitabın rəyçisi görkəmli türkoloq, filologiya elmləri doktoru, professor Əsgər Rəsulov, redaktoru şair-ədəbiyyatşünas Zakir Məmməddir.

Mövlana Şəms Təbrizi, Mövlana Cəlaləddin Rumi, onların münasibətləri barədə müxtəlir janrlarda, cürbəcür versiyalar irəli sürən onlarla əsər yazılıb.
Nəriman Əbdülrəhmanlının yeni romanı çap olundu
“Şəms” romanında isə müəllif Şəms Təbrizinin həyatına tamamilə başqa yandan baxır, əsərdən-əsərə təkrarlanan məlum süjetlərdən kənar çıxır, oxucunu dövrün coşqun hadisələri içində itib-batmağa, qəhrəmanın kamilliyə doğru çətin yolunu izləməyə, Eşq, sirr, qeyb aləminə cummağa sövq edir.

“...Hələ ki, altı qəbrim var: ikisi Konyada, biri Niğdədə, biri Qeysəriyyədə, biri Xoyda, biri Kuhistandakı Meymundiz qalasında, yeddincisi də, yəqin, Təbrizdə, valideynlərimin uyuduğu Gəcildə, Məqbərət-ül-Ürəfa qəbiristanlığında olacaq...

...Dünyaya gələndə Məlikdad oğlu Əlinin övladı Muhamməd kimi tanınmışam. Quranı xətm eləyəndən sonra şeyxim Şəms-əd-Din – Dinin Günəşi ləqəbi verib. Qürbət ellərdə Şəmsəddin Təbrizi, elm-ürfan adamları arasında Şəms Təbrizi kimi tanınmışam, mərifətimə görə, Kamili-Təbrizi, gəzəri dəvriş olduğum səbəbindən Şəmsəddini-Parəndə adlandırıblar, salnaməçilər qələmə aldıqları salnamələrində adımı Şəmsəddin Muhamməd Təbrizi kimi çəkirlər...

...Dörd Allah bəndəsiylə taleyimiz bir-birinə qarışmasın deyə, hekayətimi özüm danışmaq istədim. Çünki insanın yaşayanda anlaya bilmədiyi dəyərləri öləndən sonra anlamasının bir kimsəyə faydası yoxdu, gərək sevgisini də, nifrətini də sağ vaxtı ifadə və eturaf eləyə...”

Romanda XII əsrin sonu – XIII əsrin birinci yarısının dolğun mənzərəsi, bir-birindən maraqlı insan taleləri ilə əks etdirilib, eyni zamanda, zamanın burulğanlarında taleləri bir-birilə çulğaşmış şəxsiyyətlərin portretləri yaradılıb.

Kitabın IV Milli Kitab sərgisində təqdim olunacağı gözlənilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031