manera.az
manera.az

QANUN “Könül elçisi”ni təqdim edəcək - MANERA.AZ

📅 17.12.2015 13:37

QANUN “Könül elçisi”ni təqdim edəcək - MANERA.AZ

Yazıçılarımızın "Soyuq əllər, isti ürək" yarmarkasında "Qanun" nəşriyyatı tərəfindən keçirilən imza günləri davam edir.

MANERA.AZ xəbər verir ki, dekabrın 19-u, saat 17.00-dan 18.00-a qədər "QANUN" nəşriyyat evində yazıçı Nəriman Əbdülrəhmanlının “Könül elçisi” kitabının imza günü keçiriləcək.

N.Əbdülrəhmanlının bu tarixi bestselleri Səfəvi hökmdarı I Şah Abbasın 1599 – 1601-ci illərdə Moskov çarlığına və Avropa ölkələrinə göndərdiyi səfarət barədə, səfarətin birinci katibi, zəmanəsinin gözəl təhsil görmüş adamlarından olan, döyüşçü, şair, rəssam, Qərbdə Don Xuan de Persia adıyla tanınan Oruc bəy Bayatın ömür hekayəti haqqındadır. Həqiqətən birnəfəsə oxunan romanda siyasi qarşıdurmalar, xəyanətlər, qətllər, fırıldaqlar, əzablarla yanaşı gözəl eşq macəraları da var…

İmza günündə oxucular müəllifin son illərdə nəşr olunmuş “Bir kədərli qadın”, “Qurban”, “Yolçu”, “Yalqız”, “Dönəlgə” adlı kitablarını və tərcümə etdiyi nəşrləri də öz imzası ilə əldə edə biləcəklər.


Baxış sayı - 1 699 | Yüklənmə tarixi: 17.12.2015 13:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031