manera.az
manera.az

Yazıçı Nəriman Əbdülrəhmanlının yaradıcılığı haqqında kitab nəşr olunub

📅 27.05.2022 10:47

Yazıçı Nəriman Əbdülrəhmanlının yaradıcılığı haqqında kitab nəşr olunub
“Nəriman Əbdülrəhmanlı nəsri araşdırmalarda” adlı kitabda tanınmış Azərbaycan nasirinin nəsr əsərlərinə həsr olunmuş araşdırmalar toplanıb.

Bakı Slavyan Universitetinin magistrləri K.Əmrahova və A.Akulovanın, Türkiyə Qars Universitetinin magistri H.Kırğının tədqiqatlarında yazıçının nəsrində özünüdərk problemi, “Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi” romanında mühacirət məsələləri, “Dönəlgə” romanında Sarıqamış hadisələrinin təcəssümü kimi mövzular araşdırılıb.

Araşdırmalar Bakı Slavyan Uni versitetinin müəllimi professor Bədirxan Əhmədli, Ərdahan Universitetinin professoru Şurəddin Məmmədli, Qars Universitetinin dosenti Afina Məmmədli-Barmanba, Bakı Slavyan Universitetinin dosenti A.Mürşüdovanın rəhbərliyi altında gerçəkləşdirilib.

Kitabın rəyçisi professor B.Əhmədli, redaktoru Nurafizdir.

Kitab ədəbiyyat tədqiqatçıları üçün maraqlı olacaq.


Baxış sayı - 1 045 | Yüklənmə tarixi: 27.05.2022 10:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031