Azərbaycan filmi Venesiya kinofestivalında - Fotolar
79-cu Venesiya kinofestivalı çərçivəsində “Banu” filminin premyerası baş tutub.
MANERA.AZ xəbər verir ki, bu barədə filmin rejissoru və baş rol ifaçı Tahmina Rafaella instaqramda bildirib.
Filmdə T. Rafaella ilə yanaşı Əməkdar artist Mələk Abbaszadə, Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən və Emin Əskərov rol alıblar.
Ekran işi Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalıdır. Filmin prodüserliyini “Noori Pictures” şirkəti edib.
“Banu”da hadisələr 44 günlük Vətən müharibəsi fonunda cərəyan edir.