manera.az
manera.az

Gəncədə Nizami Poeziya Günləri bərpa olunur

📅 06.09.2022 13:11

Gəncədə Nizami Poeziya Günləri bərpa olunur
Gəncədə Nizami Poeziya Günləri ənənəsi bərpa olunur.

MANERA.AZ xəbər verir ki, Nizami Gəncəvinin anadan olmasının 881 illiyi şərəfinə keçirilən silsilə tədbirlərə sentyabırın 10-dan başlanılacaq və onlar ayın sonuna kimi davam edəcək.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov isə Nizami Poeziya Günlərinin miqyası və bu çərçivədə keçiriləcək bir sıra tədbirlərdən danışıb.

“Gəncənin Heydər Əliyev Mərkəzində “Ulu Öndərin Nizami Gəncəvinin təbliğindəki izi” adlı çox əhəmiyyətli tədbirimiz baş tutacaq. Ümumən, İyirmi gün ərzində xeyli silsilə tədbirlər keçiriləcək. Bu tədbirlərə ictimaiyyətin geniş təbəqəsi, söz və sənət adamları, incəsənət kollektivləri, məktəblər, muzeylər, Nizami Gəncəvi Məqbərəsi Kompleksi əməkdaşları qatılacaq. Yekun tədbir isə Nizami Gəncəvi Məqbərəsi önündə keçiriləcək” – deyə, o, bidirib.

Xatırladaq ki, Nizami Gəncəvi İli kimi tarixdə qalan ötən 2021-ci ildə ölkəmizdə və dünyada dahi şair və fikir adamının yaradıcılığı, irsinin tədqiqi və təbliği ilə bağlı miqyaslı işlər görülüb və möhtəşəm elmi-kütləvi, ədəbi-bədii, mədəni-maarifçi tədbirlər keçirilib.


Baxış sayı - 590 | Yüklənmə tarixi: 06.09.2022 13:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930