manera.az
manera.az

“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub

📅 11.11.2021 10:36

“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub.

Kürdəmir Regional Mədəniyyət İdarəsindən Manera.az-a verilən məlumata görə, kitab XX-XXI əsrlərdə Nizami Gəncəviyə ithaf olunan şeirləri üzə çıxarmaq məqsədi ilə tərtib olunub. İthaf şeirlər müəlliflərin ayrı-ayrı kitablarından, qəzet və jurnalların səhifələrindən toplanaraq ilk dəfə sistemli bir şəkildə təqdim edilir.

Ölümündən əsrlər sonra belə Nizaminin çağdaş şairlərə təsir etməsi, “Xəmsə”sinin ilham qaynağı olması ədəbi təsir, ədəbi əcdadlıq baxımından çox böyük dəyərləri ifadə etməkdədir. Kitab həm də Nizamiyə şeir ithaf edən şairlərin estetik dünyaları, modern Azərbaycan şairlərinin klassik ədəbi irsə olan münasibətini göstərir.

Nəşrin layihə rəhbəri və ön sözün müəllifi Regional İdarənin rəisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı, təqdimat yazısının müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusifli, kitabın tərtibçisi və redaktoru yazar, ədəbiyyatşünas Ramil Əhməddir.

Qeyd edək ki, “Nizami Gəncəvinin poetik portreti” Regional İdarənin “Nizami Gəncəvi İli”nə töhfə olaraq nəşr etdiyi ikinci kitabdır. Daha öncə “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabı nəşr olunmuşdu.

“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub


Baxış sayı - 1 029 | Yüklənmə tarixi: 11.11.2021 10:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031