manera.az
manera.az

Nizami Gəncəvi haqqında monoqrafiya nəşr edilib

📅 12.04.2021 12:53

Nizami Gəncəvi haqqında monoqrafiya nəşr edilib
Filologiya elmləri namizədi Məmməd Ələkbərovun “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” monoqrafiyası nəşr edilib.

Bu barədə Manera.az-a AMEA Gəncə Bölməsindən məlumat verilib.

Bildirilib ki, monoqrafiya dahi şairin yaradıcılığında Azərbaycan folklorunun və xalq mərasimlərinin araşdırılmasına həsr olunub. Əsərdə Nizami Gəncəvinin Azərbaycan şifahi xalq ədəbiyyatının dastan, nağıl, atalar sözləri və xalq məsəlləri, bayatılar kimi geniş yayılmış janrlarından məharətlə istifadə etdiyi göstərilir.

Burada ilk dəfə Nizami Gəncəvi və xalq yaradıcılığı, Nizami irsində Azərbaycan mərasimləri və folklor motivləri elmi cəhətdən tədqiq edilib, böyük şairin xalq adət-ənənələrindəki bir çox incə təfərrüatları müxtəlif bədii vasitələrlə ifadə edildiyi araşdırılıb.

Monoqrafiya Nizami Gəncəvi irsini araşdıran tədqiqatçılar, filologiya ixtisasları üzrə təhsil alan tələbə və magistrantlar, doktorant və dissertantlar, həmçinin Nizami yaradıcılığına maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Xatırladaq ki, Məmməd Ələkbərov 1947-ci ildə “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

O 7 fevral 1959-cu ildə vəfat edib.

Nizami Gəncəvi haqqında monoqrafiya nəşr edilib


Baxış sayı - 1 176 | Yüklənmə tarixi: 12.04.2021 12:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031