manera.az
manera.az

GDU-da “Nizami Gəncəvi irsi və gənclik” adlı tədbir keçirilib

GDU-da  “Nizami Gəncəvi irsi və gənclik” adlı tədbir keçirilib
Gəncə Dövlət Universitetində “Nizami Gəncəvi irsi və gənclik” adlı tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Qarabağ müharibəsi Şəhdlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından danışmış, istər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin dahi şairin irsinin öyrənilməsi və tədqiq edilməsi ilə bağlı imzaladıqları Sərəncamların əhəmiyyətindən danışıb.

Sonra Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın “Nizami Gəncəvi irsi və gənclik”, Dünya Gənc Türk Yazarlar birliyinin üzvü, şair Elməddin Nicatın “Nizami Gəncəvi yaradıcılığı haqqında”, Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı Bayram Apoyevin “Nizami Gəncəvi özünütərbiyənin vasitə və yolları haqqında” və Universitetin Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərovun “Nizami Gəncəvi yaradıcılığında gənclərə nəsihət” mövzularında məruzələri dinlənilib.

Tədbirdə universitetin filologiya fakültəsi tələbələri Nizami Gəncəvinin yaradıcılığından nümunələr səsləndiriblər.

Sonda bir qup müəllim və tələbəyə Dünya Gənc Türk Yazarlar Birliyinin Diplomları təqdim olunub.

GDU-da  “Nizami Gəncəvi irsi və gənclik” adlı tədbir keçirilib
GDU-da  “Nizami Gəncəvi irsi və gənclik” adlı tədbir keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031