manera.az
manera.az

“Qürur və qərəz” tamaşası nümayiş olunacaq

📅 04.09.2022 10:58

“Qürur və qərəz” tamaşası nümayiş olunacaq
Sentyabrın 30-da Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ingilis yazıçısı Ceyn Ostinin romanı əsasında səhnələşdirilən “Qürur və qərəz” tamaşasını nümayiş etdirəcək.

MANERA.AZ xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı İrqar Safat, quruluşçu rəssamı isə Nikita Sazonovdur.

Qeyd edək ki, bu günə qədər “İngilis ədəbiyyatının birinci xanımı" kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteri ilə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

Əsər əsasında dünya kinematoqrafları onlarla film çəkiblər. Bu əsər, həmçinin bir çox dünya teatrlarının repertuarına daxil edilib.


Baxış sayı - 329 | Yüklənmə tarixi: 04.09.2022 10:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031