manera.az
manera.az

“Zəng” tamaşası nümayiş olunacaq

📅 19.06.2020 10:18

“Zəng” tamaşası nümayiş olunacaq
İyunun 21-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkədəki səhifələrində “Zəng” tamaşasını nümayiş etdirəcək.

Manera.az xəbər verir ki, böyüklər üçün hazırlanan “Zəng” tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

Quruluşçu rəssamı Rəvanə Yaqubova olan musiqi tərtibatlı tamaşa dəfələrlə beynəlxalq festivallarda qalib olub.


Baxış sayı - 794 | Yüklənmə tarixi: 19.06.2020 10:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930