manera.az
manera.az

“Qürur və qərəz” romanı əsasında tamaşa MANERA.AZ

📅 18.01.2016 14:18

“Qürur və qərəz” romanı əsasında tamaşa  MANERA.AZ

Yanvarın 30-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında məşhur ingilis yazıçısı Ceyn Ostinin “Qürur və qərəz” romanı əsasında eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrdan MANERA.AZ-a bildirilib ki, kinorejissor İlqar Safatın hazırladığı səhnə əsərinin rəhbəri Xalq Artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Nikita Sazonovdur. Səhnə əsərində əsas rolları Əməkdar artistlər Ömür Nağıyev, Natalya Baliyeva, aktyorlar İnna İmranova, Olqa Arsentyeva, Mariya Dubovitskaya, Fatma Əliyeva, Olesya Qasımova, Yeganə Hüseynli və başqaları ifa edəcək.

Qeyd edək ki, Ceyn Ostinin 1813-cü ildə yazdığı “Qürur və qərəz” romanı bir neçə dəfə ekranlaşdırılaraq müxtəlif film festivallarında nümayiş olunub.


Baxış sayı - 1 498 | Yüklənmə tarixi: 18.01.2016 14:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031